"Sumqayıt"ın aşağı yaş qruplarından ibarət komandası bu həftə 3 oyun keçirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-16 komandası doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib.
Hər iki qolu Asif Məmmədov vurub. "Sumqayıt"ın 17 yaşadək futbolçulardan ibarət komandası isə "Neftçi" İK İB üzərində 2:0 hesablı qələbə qazanıb. Samir Mehdizadə və Heytər Muxtarov vurulan qolların müəllifi olub.
Bu həftə U-19 komanda AZAL-la 2:2 hesablı sülh bağlayıb.