Sabah Azərbaycan kubokunun finalında "Qarabağ" "Qəbələ" klubu ilə qarşılaşacaq.
Newsport.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan şəhər stadionunda keçiriləcək matça artıq 5 mindən artıq bilet satılıb. Bu isə o deməkdir ki, sabahkı oyunda anşlaq olacağı gözlənilir.
Xatırladaq ki, 2013-cü ildən istifadəyə verilən stadion 8.800 azarkeş tutumuna malikdir.