Rövnəq Abdullayev: "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil"

"Azərbaycanın futbol hakimlərinin səviyyəsi Avropa çempionatlarındakı hakimlərdən yüksəkdi".

Newsport.az-ın  məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada təmsil olunan "Araz Naxçıvan" komandasının fəaliyyətinin dayandırılmasında hakim səhvlərinin olması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.

R.Abdullayev bildirib ki, səhvsiz hakim yoxdu: "Lakin biz Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik. Sağlam gənc hakimlərin sayını artırmışıq. "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil". (Trend)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right