Ötən gün UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununda stadionda üzərinə darvaza aşan Samir Miriyev üçün həyatı təhlükə yoxdur.
Newsport.az-ın əməkdaşına açıqlama verən "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, o bu gün gecə saat 3-ə qədər xəstənin yanında olub. Bu səhər isə klubun baş məşqçisi Qurban Qurbanov Samir Miriyevə baş çəkib. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilir. Hazırda o, reanimasiyaya yerləşdirilib. Bu gün xəstənin əməliyyat edilib-edilməyəcəyinə qərar veriləcək. Müalicə və əməliyyatın bütün xərclərini "Qarabağ" futbol klubu rəhbərliyi öz üzərinə götürüb.