Dünən "Qarabağ" - "Dnepr" matçı öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda 11-ci sektorunun dəmir qapısının aşması nəticəsində xəsarət alan və xəstəxanaya aparılan Samir Mirzəyev adlı azarkeşin həyati təhlükəsi yoxdur.
Newsport.az-ın xəbərinə görə, bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Facebook" hesabından yazıb:
“Hazırda xəstəxanadayam. Allaha çox şükür ki, stadionda yaralanan Samir adlı azarkeşimizin həyatı təhlükəsi yoxdur. Sabah əməliyyat olunacaq. Samirin atasının “Qarabağ canımızdır” deməsi adamın tüklərini biz-biz etdi”.