"Oyuna çox yaxşı başladıq. Bəlkə də ən yaxşı oynadığımız vaxt qol buraxdıq. Lakin həvəsdən düşmədik. Cərimə zərbəsindən qol da vurduq".
Newsport.az-ın məlumatına görə,bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "Dnepr"lə görüşdən (1:2) sonra deyib.
Makedoniyalı futbolçu qarşıdakı oyunlarda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: "ilk hissədə Reynaldoya qarşı kobudluq olsa da, hakimin fiti susdu. Səbəbini hakimdən soruşdum. O, görmədiyini bildirdi. Mən beşinci hakim amilini xatırlatsam da, cavab ala bilmədim.
İkinci hissədə daha çox müdafiədən oynayırdıq. Arıdıcıl səhvlərə yol verdik. Kaş ki, belə olmasaydı. Qarşıda "Sent-Etyen" və "İnter"lə oyunlarımız var. Bu görüşlərdə bunun əvəzini çıxmağa çalışacağıq".