"Qarabağ"ın oyununda qapı uçdu, bir azyaşlı xəstaxanalıq oldu

UEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı bədbəxt hadisə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə,  matçdan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.

Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, hadisə vaxtı xəsarət alan Sabir Mirzəyev müayinə olunur.

Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right