Futbol üzrə Azərbaycan I divizionunda X turun oyunlarına start verilib.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, baş tutan 4 oyunda qapılara 12 qool vurulub.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
6 noyabr
Birinci divizion, 10-cu tur
“Mil Muğan” – “Şuşa” - 1:4
Qollar: Xəzər Qəribov, 14-pen (0:1), Huşa Bahaciputaşka, 26 (0:2), Ruhid Usubov, 59 (1:2), Azər Məmmədov, 78-avtoqol (1:3), Huşa Bahaciputaşka, 84 (1:4)
“Şəmkir” – “Zirə” - 0:1
Qol: Tural Adıgözəlov, 63 (0:1)
“Kəpəz” – MOİK - 4:0
Qollar: Vasif Məhərrəmov, 67 (1:0), Ramil Həşimzadə, 79, 82-pen (3:0), Vasif Məhərrəmov, 90 (4:0)
“Bakılı” – “Ağsu” - 0:2
Qollar: Natiq Kərimi, 58 (0:1), Fərrux Rəhimov, 65-pen (0:2)