Rauf Əliyev Ozobiçə şərik oldu

Azərbaycan Premyer Liqasının bombardirlər siyahısında dəyişiklik olub.

Newsport.az-ın məlumatına görə, "İnter"in hücumçusu Rauf Əliyev siyahıya başçılıq edən "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçə şərik olub.

Millimizin üzvü Premyer Liqanın 27-ci turunda "Qəbələ" ilə bu gün keçirilən görüşdə dubl edərək qollarının sayını 11-ə çatdırıb. 

Qeyd edək ki, "Qəbələ"nin xorvatiyalı futbolçusu 11 qolu 27, Rauf Əliyev isə 25 oyunda vurub. Əliyev bütün qolları oyun epizodundan vurubsa, Ozobiç 2 dəfə penaltidən fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right