“Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb.
Newsport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.
FİFA-nın prezidenti “Qarabağ”a daha böyük uğurlar arzulayıb.