"Sector 11" azarkeş qrupundan bəyanat!

Tribunalarda etdiyi yeniliklərlə daim diqqətdə olan "Sector 11" azad azarkeş qrupunu yalnız futbol arenalarında görə biləcəyik. Bu barədə fan klub öz facebook səhifəsindən bəyanat yayıb: 
 
"SECTOR 11" azad azarkeş qrupu yarandığı gündən etibarən Azərbaycan bayrağının təmsil olunduğu hər yerdə milli komandalarımızı və klublarımızdan dəstəyini əsirgəməyib. Futbol Basketbol və Voleybol üzrə milli komandalarımızı eləcədə beynəlxalq yarışlarda Azərbaycanı təmsil eliyən klublarımızı daima dəstəkləməyi özümüzə borc bilmişik. 2010-ci ildən etibarən Azərbaycan tribunalarına yeni nəfəs və azarkeşlik mədəniyyəti gətirmişik. Bir çox azarkeş rekordlarına imza atmışıq iki dəfə avropada həftənin ən güclü azarkeş qrupu seçilmişik. Bunlarında hamısını 3 rəngli bayrağımız üçün eləmişik və bundan sonrada əlimizdən gələni edəciyik. Sevindirici haldır ki hal-hazırda Azərbaycan tribunalarında hər komandanın öz güclü azarkeş ordusu yaranıb. Bizim sıralarımızda olan üzvlərimiz azarkeşi olduğları klublardan asılı olmayaraq Azərbaycanı təmsil eliyən istənilən komandaya dəstək olurdular (Neftçi Qarabağ Xəzər və s ) çox təssüüf ki hal-hazırda bu azarkeşlər arasında sağlam olmayan rəqabət gedir və bizdə SECTOR 11 azad azarkeş qrupu olaraq bunun Azərbaycan futboluna xeyir verməyəcəyini düşünürük və bu rəqabətdə pay sahibi olmaq istəmirik. Bu rəqabətlərin acı nəticələrini görmüşük hal-hazırda bir çox azarkeşlərin həbsdə olmasıda buna sübutdur. Bizdə bundan sonra ancaq futbol üzrə Azərbaycan milli komandamızı tribunada dəstəkləmək qərarına gəlmişik.

HƏR ŞEY AZƏRBAYCAN ÜÇÜN !"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right