Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyü noyabrın 6-da keçiriləcək Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Dnepr” oyunu üçün əla vəziyyətdədir.
Bu arada oyuna bilet satışı da sürətlə davam edir. Yağışlı hava olmasına baxmayaraq, Respublika stadionunun kassaları önündə bu gün də bilet almaq istəyən azarkeşlərin sıxlığı olub.