Türkiyə birinci liqasında 8-ci turun oyunlarına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, sonuncu matç günündə millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qaziantep BB" səfərdə "Orduspor"la qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı millimizin hücumçusu Vaqif Cavadov açıb. O, oyununun 74-cü dəqiqəsində fərqlənib. Bu, V.Cavadovun "Qaziantep BB"də vurduğu 3-cü qol olub.
Qeyd edək ki, V. Cavadov və Ufuk Budak "Orduspor"a qarşı oyunda əsas heyətdə meydana çıxıb. R.Hacıyevin adı isə 18 nəfərlik heyətə daxil edilməyib.