"Qarabağ"la matç öncəsi "Qəbələ"də ciddi itkilər

Sabah "Qəbələ" Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"ın qonağı olacaq.

Klubdan Newsport.az-a verilən məlumata görə, komanda bu görüşə  ciddi itki ilə çıxacaq. Belə ki, "qırmızı-qaralar" Vitali Vernidubun köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun zədəli olmasıdır. Digər zədəli futbolçu Elvin Camalov isə fərdi məşqlərə başlasa da, sabahkı oyunda forma geyinməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Tofiq Bəhramov"da keçiriləcək matç saat 20:30-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right