U-12 liqasında keçirilən "İnter" - "Əlincə" (2:0) matçının baş hakimi Elməddin Cavadov "fair-pley" hərəkəti ilə diqqət çəkib.
Matçın gedişində "Əlincə" klubunun futbolçusunun zədələnərək yerdə qaldığını görən referi uşağa yaxınlaşaraq, onu qucağına alıb və həkimlərin oyunçuya yardım etməsi üçün meydançanın kənarına gətirib.