Qurban Qurbanov-“Mənim adım milliyə namizədlər sırasında yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə Azərbaycan milli komandasında işləmək üçün AFFA-dan dəvət almadığını açıqlayıb.

Newsport.az-ın xəbərinə görə, jurnalistlərin “AFFA nümayəndələri ona yaxın mütəxəsislə danışıq apardıqların deyirlər sizin də adınız varmı bu siyahıda?" sualına Q.Qurbanov “yox” cavabı verib.

Onun sözlərinə görə, onun adı millinin baş məşqçiliyinə namizədlər sırasında yoxdur: “Mənimlə AFFA nümayəndələri görüşməyiblər”.

Qeyd edək ki, Berti Foqtsun istefasından sonra millinin baş məşqçisi vəzifəsinə əsas namizəd Qurban Qurbanov sayılırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right