"Zirə"nin zədəlisinin durumuna aydınlıq gəldi

“Qəbələ” ilə səfər matçında zədələnərək oyunu yarımçıq tərk edən Milan Duriçin durumuna aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, ayağından xəsarət alan yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib. Serbiyalı futbolçunun zədəsi ciddi deyil və onun növbəti turda “İnter”lə ev matçında iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Zirə” – “İnter” matçı aprelin 10-da, Zirə Olimpiya İdman Kompleksində keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right