AFFA-dan "Şərurspor"a daha bir zərbə

"Şərurspor"un 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. 

 

NEwsport.az xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib. "Şərurspor" martın 29-da "Zirə" ilə səfər matçına yollanmayıb. İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət də verib. 

 

Qeyd edək ki, bir müddət öncə "Şərurspor"un əsas komandası danışılmış oyunlarda iştirak etdiyi üçün Azərbaycan I Divizionundan kənarlaşdırılmışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right