Millinin heyətində dəyişiklik edildi

Aprelin 2-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, zədəli olduğu üçün Melih Serin, Valeh Qəhrəmanlı (hər ikisi “Neftçi”), İlahi Quliyev (“Zirə”) hazırlıq prosesindən kənarlaşdırılıb.

Onların əvəzinə Hüseyin Mürsəlov, Ülvi Mədətov (hər ikisi “Qəbələ”) və Mürvət Məmmədli ("Vətən") toplanışa dəvət edilib.

 

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right