"Neftçi" rəsmisi: "Azarkeşlərlə iş üzrə koordinator vəzifəsinə ehtiyacımız yoxdur"

Xəbər verdiyimiz kimi, "Neftçi"nin azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev fanatların "Sumqayıt"la oyunda "istefa" şüarları səsləndirdiyi üçün rəhbərlik tərəfindən komandadan qovulub.

Bununla bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxlayıb, əlavə informasiya əldə etməyə çalışdıq. Rəsulov Newsport.az-a açıqlamasında K.Hənəfiyevin "istefa" şüarlarına görə komandadan qovulmasını təkzib etdi:

"Bildiyiniz kimi, bizim rəsmi fanklubumuz yoxdur. Bir neçə fanklubumuz var, amma onların heç biri rəsmi deyil, azad şəkildə fəaliyyət göstərən fanklublardı. Kənan Hənəfiyev bizimlə işlədiyi müddətdə vəzifəsini çox gözəl şəkildə icra etdi. Sadəcə, düşündük ki, azarkeşlərlə iş üzrə koordinator vəzifəsinə ehtiyacımız yoxdur. Bu səbəbdən onunla danışdıq, razılaşdıq və yollar ayrıldı. Bu, konkret olaraq bir oyunla əlaqəli məsələ deyil".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right