"Bəxtimiz gətirdi" Zaur Svanadze

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən "İnter" - AZAL matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra sabiq "bankirlər"in baş məşqçisi Zaur Svanadze qələbəni şərh edib.

 

- Çox çətin oyun oldu. AZAL-la oynayanda hər dəfə çətinliklə üzləşirik. Qələbəyə görə çox şadam. Onların yaxşı qol imkanları oldu. Deyərdim ki, bəxtimiz gətirdi. Bütün problemlərə baxmayaraq, uşaqlar yaxşı çıxış etdi. Buna görə də onlara minnətdaram.

 

- Bilirik ki, fevralın da maaşı verilməyib. Qələbəyə görə mükafat da verilmir. Belə durumda komandanı motivasiya etmək çətin deyil?

- Onlar hamısı bunu başa düşürlər. Çünki peşəkar futbolçulardı. Bilirlər ki, yaxşı yer tutsaq, komandaya sponsor cəlb edə bilərik. Sübut edirlər ki, "İnter" yaxşı komandadı. (futbol11.az)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right