Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, həftənin bütün matçları eyni gündə baş tutacaq.
İlk görüş Sumqayıtda, şəhərin eyni adlı təmsilçisi ilə "Neftçi” arasında olacaq. Meydan sahibləri avrokuboka vəsiqə verən 4-cü yeri iddiasını davam etdirmək üçün "ağ-qaralar”ı məğlub etməlidir. Rəqibini ilk iki dövrədə üstələyən meydan sahibi bunu bacaracağı təqdirdə, qonaqların durumu çətinləşəcək.
Günün ikinci oyununda AZAL-ın elita ilə vidalaşması rəsmiləşə bilər. Cari mövsümdə keçirdiyi 23 oyundan yalnız birində qalib gələn Şüvəlan təmsilçisi "İnter”i məğlub edə bilməyəcəyi halda I diviziona düşəcək.
Çempionluğa namizəd "Qarabağ”la "Qəbələ”nin matçları eyni saatda 18:30-da başlayacaq. Böyük ehtimalla, Azərbaycan kubokunun finalında da üz-üzə gələcək kollektivlər növbəti oyunlarını evdə keçirəcəklər. "Qarabağ” "Kəpəz”i, "Qəbələ” isə "Zirə”ni qonaq edəcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
2 aprel (bazar)
16:30 "Sumqayıt” – "Neftçi” 2 - 0
Qollar: Bəxtiyar Həsənalızadə, 60, Amil Yunanov, 63
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
"Kapital Bank Arena” ("CBC Sport”/canlı)
17:00. "İnter” – AZAL 2 - 1
Qol: Denis Silva, 48, Rauf Əliyev, 90+1 - Kvirtiya, 90+2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "İnter Arena”
18:30 "Qarabağ” – "Kəpəz” 2 - 1
Qollar: Dino Ndlovu, 41, Miçel 47 - Kərim Diniyev, 26
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
18:30 "Qəbələ” – "Zirə” 1 - 1
Qollar: Sergey Zenyvov, 8 - Meza Kolli, 61
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu ("CBC Sport”/canlı)