"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-ı, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyununun biletləri satışa çıxarılıb.
Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, biletləri 8-ci km qəsəbə stadionunun və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, həmçinin Üzeyir Hacıbəyli küç.48 (metronun Sahil stansiyasının yaxınlığı) ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı noyabrın 16-ı, saat 21:00-da başlayacaq.