"Qarabağ" - "Dnepr" matçını stadiondan canlı izləmək istəyənlərin nəzərinə

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılacaq.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right