"Sumqayıt" "Neftçi"yə qarşı itkilərlə hazırlaşır

"Sumqayıt” “Neftçi” ilə oyunun hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında Sumqayıt şəhər stadionunda növbəti məşqini keçib.

21 və 23 yaşadək milli komandaların heyətində yer alan futbolçular sabahdan etibarən hazırlığa qatılacaq. Bundan başqa, son məşqdə zədə almış yarımmüdafiəçi Sergey Çernişev də hazırlıq prosesinə qatılmayıb. Bərpa prosesi keçən Ayaz Mehdiyev və Mikayıl Rəhimov isə fərdi şəkildə məşq edib.
  
Qeyd edək ki, “Sumqayıt” apelin 2-də doğma meydanda “Neftçi”ni qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right