"Qəbələ" və "Qarabağ"dan qələbə YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. 
 
Newsport.az-ın məlumatına görə, mübarizəni davam etdirən dörd Premyer Liqa klubu paytaxtda üz-üzə gələcək.
 
Finala vəsiqə qazanmaq uğurunda savaşan kollektivlər yarışa 1/8 final mərhələsində qoşulublar və ilk rəqibləri I divizion təmsilçiləri olub. Növbəti mərhələdə isə elita komandalarını üstələyiblər.
 
"İnter" "Qaradağ Lökbatan"la "Kəpəz"i məğlub edibsə, "Qəbələ" "Zaqatala" və AZAL-dan güclü olub. "Neftçi" danışılmış oyunlara görə I divizondan kənarlaşdırılan "Şərurspor"la "Zirə"ni keçdiyi halda, Azərbaycan kubokunun son qalibi "Qarabağ""Səbail" və "Sumqayıt"ı durdurub.
 
Qeyd edək ki, hər iki oyunu "CBC Sport” kanalı ilə canlı yayımlanacaq. Yarımfinal mərhələsinin cavab matçları aprlein 5-də keçiriləcək.
 
 
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
 
30 mart (cümə axşamı)
 

17:00 “İnter” – “Qəbələ” 3 - 1

Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (pen.), 48, Filip Ozobiç, 88 (pen.).

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”

 

19:30 “Neftçi” – “Qarabağ” 0 - 2

Qollar: Muarem Muarem, 13, Dino Ndlovu, 28

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

“Bakcell Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right