Almeyda "Neftçi"yə qarşı oynayacaq?

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" "Neftçi"nin qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, Ağdam klubu qarşılaşmaya Riçard Almeydasız çıxa bilər. Braziliyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçəcək və bundan sonra onun sabahkı matçda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.

 

Qeyd edək ki, sözügedən matç martın 30-da "Bakcell Arena"da keçiriləcək və saat 19:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right