“Kəpəz” “Qarabağ” üçün hazırlaşır

“Kəpəz” Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qarabağ” ilə keçirəcəyi oyunun hazırlıqlarını Bakıda davam etdirir.

Newsport.az-ın məlumatına görə, U-23 yığması ilə yoxlama oyunundan sonra bir gün istirahət edən komanda martın 27-dən məşqləri bərpa edib. 

“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edir. Hazırlıq prosesi hər gün saat 15:00-a təyin olunub.

U-23 yığmasının heyətində təlim-məşq toplanışında olmuş Orxan Əliyev ilə Azad Kərimov da dünəndən komanda ilə birgə çalışmalara qoşulub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right