Məhəmməd Mirzəbəyov: "Mario Qomesə mane olmaq çətin idi"

Azərbaycan milli komandasının futbolçusu Məhəmməd Mirzəbəyovun müsahibəsi... 

- Almaniya ilə oyun barədə nə deyə bilərsən?

- Ümumi götürəndə çox yaxşı oynadıq. Sadəcə, taktiki cəhətdən bir az düzgün çıxış etmədik. Ona görə də səhvlərimiz oldu. Bu da elə rəqibin qol vurması ilə nəticələndi. 

- Yəni baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilmədiniz?

- Hücumda əlimizdən gələni etdik. Müdafiəyə gəlincə, hamımız başa düşməliyik ki, dünya çempionuna qarşı oynayırdıq. Almaniyaya qarşı matçda səhv etməmək mümkünsüzdür. Rəqib səhv etməyə məcbur edirdi. Təbii ki, bərabərə qalmaq istəyərdik. Ancaq demək ki, qismətimiz belə imiş. 

- Üçüncü qol zamanı Mario Qomesə niyə mane ola bilmədin?

- O, yerini yaxşı seçdi. Qomes hündür olduğundan və dəqiq zərbə vurduğundan, ona mane olmaq çətin idi.

 - Qrupdan çıxacağınıza hələ də inanırsınız?

- Çox çalışmalıyıq. Ümid edib, inanmaq lazımdır.

 - Dmitri Nazarov qol vuranda hansı hissləri keçirdin?

- Həmin hissləri sözlə ifadə etmək mümkün deyil. Ancaq anlayırdım ki, rəqib dünya çempionudur və diqqətli olmalıyıq.

- Vurulan qollarda günahının olduğunu düşünürsən?

- Mənim mövqeyimdən yalnız Qomes qol vurdu. Digərləri isə sadəcə, ötürmələr idi. Təbii ki, günah var idi. Hardasa taktiki cəhətdən düzgün oynamadım.

- Uğurlu nəticə üçün yaxşı mükafat qoyulmuşdu. Yəqin ki, mükafatı qazana bilmədiyinizə görə də üzülürsünüz?

- Burada mükafatdan söhbət belə gedə bilməz. Millidə oynayırsan, sənə yaxınların, azarkeşlər baxır. Heç kimi günahkar etmək lazım deyil. Sadəcə ustalıq səviyyəsi öz sözünü dedi.

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right