Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”ni qəbul edəcək “İnter” hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, millimizin düşərgəsində zədə alan qolkiper Səlaət Ağayev də məşqlərə başlayıb. Onun “Qəbələ” ilə oyunda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “İnter” – “Qəbələ” oyunu martın 30-da baş tutacaq.