Mats Hummels: "Azərbaycan pis təsir bağışlamadı"

“Biz Azərbaycandan üstün komandayıq. Bu da nəticəyə öz təsirini göstərdi”.

 

Newsport.az xəbər verir ki, bu sözlər Almaniya millisinin üzvü Mats Hummelsə məxsusdur.  DÇ-2018-in seçmə mərhələsinin V turunda millimizin qonağı olan Almaniya yığması növbəti qələbəsini qazanıb.

 
Oyundan sonra Almaniya mətbuatına açıqlama verən Hummels narazılğını dilə gətirib: “Düzdü, səviyyə baxımından rəqibimizi qabaqlayırdıq. Azərbaycan da pis təsir bağışlamadı. Düzü, istədiyimiz oyunu sərgiləyə bilmədik, çətinlik çəkdik. Təcrübə və səviyyə fərqi qələbə qazanamağımıza yardım etdi”. 

 

Qeyd edək ki, narazı qalan Hummels oyun zamanı tez-tez  komanda yoldaşları ilə mübahisə edirdi, onlara iradını bildirirdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right