Dəniz Yılmaz: "Azərbaycan millisini seçdiyimə görə peşman deyiləm"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Almaniya matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra millimizin üzvü Qara Qarayev əməkdaşımızın suallarını cavablandırıb.

- Almaniya çox yaxşı komandadır. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı mübarizə aparmaq asan deyil.

- Komanda yoldaşlarınla anlaşmırdın...

- Deməzdim ki, komanda yoldaşlarımı başa düşməkdə çətinlik çəkirdim. Məncə, hər şey yaxşı idi.

- İkinci oyundur ki, start heyətdə yer almırsan. Narazılığın yoxdu?

- Bu, problem deyil. Heç bir narazıçılığım yoxdur.  Baş məşqçi necə qərar verirsə, ona da hörmət edirəm. Azərbaycan millisini seçdiyimə görə peşman deyiləm.

- Bir zamanlar Tomas Müllerlə "Bavariya"da çıxış etmisən. Oyunun gedişində dialoqunuz yaşandı. Nə baş verirdi?

- Dəyişən bir şey yoxdur. Tomas Müller dostumdu, “Bavariya”da bir yerdə oynamışıq. Yaxşı anlaşırıq, dialoqumuz da dostluqdan irəli gəlirdi.

- Millimizin qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right