"Almaniyaya həyəcanlı anlar yaşatdıq" - Qara Qarayev

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Almaniya matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra millimizin üzvü Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

"Hamı da bilirdi ki, dünya çempionuna qarşı oynayırdıq. Çətin olacağını bilirdik. Rəqibə zaman-zaman həyəcanlı anlar yaşatdıq. Bunu bacara bildiksə, daha yaxşı yerlərə layiqik".

- Sənə elə gəlmir ki, oyunun qırılma anı buraxdığımız ikinci qol oldu?

- Mən də elə düşünürəm. Heç nədən qol buraxdıq. Adam paylaşa bilmədik. Əfran hücuma çıxanda müdafiə öz yerini tutmamışdı. 

- Əfran özü nə dedi? Nə etmək istəyirdi?

- Cavidə ötürmə vermək istəyirdi, amma alınmadı. Normal haldı. Daha ciddi olmalıydıq. Rəqib səhvlərdən yüz faiz yararlana bilir. 

- Səni beynəlxalq oyunlarda bu dərəcədə inamlı görməmişdik. Bu gün nə baş verirdi?

- Burda göstərdiyim oyun bizi daha yaxşı yerlərə çıxarda bilər. Millidəki oyunlarıma xüsusi hazırlaşıram. Çünki bizdən xalqımız nəticə tələb edir. Həmişə yaxşı oynamağa çalışmışam. Tam yaxşı oynadığımı düşünmürəm. Səhvlərim çox idi. 5 qol vursam da, yaxşı oynadığımı demiyəcəm.

- Rövnəq Abdullayev sizinlə görüşmədi?

- Xeyr.

- Qara, forma dəyişmədin?

- Xedira ilə dəyişdim. Bu da normaldı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right