Renat Dadaşov millimizdən kənarlaşdırıldı

Frankfurt "Ayntraxt"ından Azərbaycan milli komandasına çağırılmış futbolçu Renat Dadaşov 2018-ci il dünya çempionatının seçmə qrup matçında Almaniya milli komandasına qarşı oynamayacaq.
 
Newsport.az-ın məlumatına görə, 18 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. UEFA-nın saytında dərc olunmuş siyahıda Azərbaycan millisinin oyuna 23 oyunçu ilə çıxacağı göstərilib. Onlar arasında Dadaşov yoxdur.
 
 
Azərbaycan: 1.Kamran Ağayev, 2.Qara Qarayev, 3.Məhəmməd Mirzəbəyov, 4.Pavel Paşayev, 6.Bədavi Hüseynov, 13.Dmitri Nazarov, 14.Rəşad Sadıqov, 16.Cavid Hüseynov, 19.Rahid Əmirquliyev, 20.Ramil Şeydayev, 22.Əfran İsmayılov
Ehtiyat oyunçular: 12.Anar Nəzirov, 23.Aqil Məmmədov, 5.Maksim Medvedev, 17.Ürfan Abbasov, 21.Tərlan Quliyev, 7.Araz Abdullayev, 8.Eddi İsrafilov, 9.Elvin Məmmədov, 15.Emin Mahmudov, 10.Ruslan Qurbanov, 11.Deniz Yılmaz, 18.Ağabala Ramazanov

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right