Millimiz Türkiyəyə yollandı

21 yaşadək futbolçulardan ibarət milli komandamız Türkiyəyə yola düşüb.

Newsport.az-ın məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız ötən gecə saat 02:00 radələrində sözügedən ölkəyə səfər edib.

Səfərin məqsədi yoxlama oyunu ilə bağlıdır. Belə ki, komandamız martın 28-də Türkiyədən olan həmyaşıdları ilə yoxlama oyunu keçirəcək. Matç “Kasımpaşa”nın ev oyunlarını keçirdiyi Rəcəb Tayyib Ərdoğan adına stadionunda baş tutacaq.

Qeyd edək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right