Rahid Əmirquliyev: "Almanlara çətin olmayacaq"

Azərbaycan yığması sabah DÇ-2018-in seçmə mərhələsində Almaniya millisini qəbul edəcək.
 
Newsport.az xəbər verir ki, qarşılaşmadan əvvəl millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunla bağlı fikirlərini bildirib:

 

- Son dünya çempionuna qarşı oynayacağıq. Bizi çox ağır oyun gözləyir. Çox yaxşı hazırlaşımışıq. Buna baxmayaraq, meydana çıxıb öz futbolumuzu oynamağa çalışacağıq. Çox danışmağa ehtiyac yoxdu. Hər şey meydanda görünəcək.

 

- Sabah azarkeşlər çox olacaq. Bunun sizə təsiri necə olacaq?
- Azarkeşin çox olması bizim üçün əlavə stimuldu. Azarkeş 12-ci oyunçudu. Almaniya belə atmosferdə oynamağa öyrəşib. Ona görə də onlara çətin olmayacaq. Bizim üçün isə stimuldu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right