"Fikrimcə, hazırda Azərbaycanın ən güclü komandası "Qarabağ” yox, "Qəbələ”dir. "Qəbələ”nin ən böyük üstünlüyü Daniel Subotiçin komandaya qayıtmasıdır. Məncə, "Qəbələ” bu mövsüm tarixi ərzində ilk dəfə çempion olacaq”.
Newsport.az-ın məlumatına görə, bunu Nikola Valentiç deyib. "Qəbələ”nin sabiq futbolçusu "Qarabağ”ı turnir cədvəlində yenidən ötüb keçəcəyinə inandığını söyləyib: "Hazırda iki xallıq fərq var. "Qarabağ” bir oyunda uduzarsa, "Qəbələ” ilk pilləyə yüksələcək. "Qəbələ”nin qarşıda "Qarabağ”la oyunu var və məncə, bu matçda da çox şey həll oluna bilər. İstənilən halda hazırda "Qəbələ" "Qarabağ"dan da güclü komandadır".
Sportnet.az