19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rusiyanın Soçi şəhərində təşkil olunmuş "Kuban baharı” turnirində növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız Rusiya ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da millimiz turnirdə ardıcıl ikinci məğlubiyyətlə üzləşib. İlk turda komandamız Rumıniyaya böyük hesabla yenilib – 1:4. Komandamızın qolunu Peritan Bozdağ vurub.
Qeyd edək ki, Azərbaycan millisi "Kuban baharı"nda B qrupunda yer alıb. Yığmamız qrupdakı son oyununu martın 22-də Belarusa qarşı keçirəcək.