Premyer Liqasının XXIII turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub. Ukraynalı qolkiper komandanın heyətində 100-cü matçını keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.
|
mövsüm
|
turnir
|
O
|
D
|
Q
|
SV
|
QV
|
|
2014/15
|
çempionat
|
15
|
1304
|
-7
|
0
|
1
|
|
2014/15
|
kubok
|
2
|
180
|
-3
|
0
|
0
|
|
2015/16
|
UEFA Avropa Liqası
|
12
|
1080
|
-11
|
1
|
0
|
|
2015/16
|
çempionat
|
28
|
2437
|
-16
|
0
|
0
|
|
2015/16
|
kubok
|
4
|
390
|
-4
|
0
|
0
|
|
2016/17
|
Avropa Liqası
|
14
|
1260
|
-21
|
0
|
0
|
|
2016/17
|
çempionat
|
23
|
2070
|
-13
|
0
|
0
|
|
2016/17
|
kubok
|
2
|
180
|
-1
|
0
|
0
|
|
|
Cəmi
|
100
|
8901
|
-76
|
1
|
1
|
AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov da klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.
“Qəbələ”nin bütün yubiley qolları
1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4
400-cü qol – 2016/17 mövsümü
Tellur Mütəllimov – 19.03.2017. AZAL – Qəbələ - 1:1