Azərbaycan Premyer Liqasının XXIII turunda baş tutan “Zirə” – “Qarabağ” matçında hesab açılmayıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra meydan sahiblərinin futbolçusu Sezar Meza Kolli əməkdaşımızın suallarını cavablandırıb:
“Düşünürəm ki, komandamız çox yaxşı oynadı. Müəyyən qədər qol imkanlarımız olsa da, yararlana bilmədik. Məncə, 3 xal qazana bilərdik”.
- Qələbə qazanmağa nə mane oldu?
- Hücumların azalmasına Akim Latifunun qırmızı vərəqə alması səbəb oldu. Məncə, bu amilin oyunumuza böyük təsiri oldu.
- “Qarabağ” hakimə tez-tez etiraz edirdi. Səncə, bu nə ilə bağlı ola bilərdi?
- Bu barədə hüç nə deyə bilmərəm. Amma bizim komanda çox yaxşı çıxış etdi və məşqçimizin dəyişiklikləri, əvəzetmələri öz yerində idi.
- “Zirə” qışdan sonra yaxşı çıxış edir və “Qarabağ”a qarşı yaxşı oyunlarınızdan birini sərgilədiniz. Özünüzü təsdiq etmək üçün belə oynayırdız?
- Deməzdim ki, qışdan əvvəl pis çıxış edirdik. “Zirə” həmişə yaxşı futbol sərgiləyib, bu, qışdan əvvəl də belə idi. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq, bundan sonra da bunu edəcəyik.
- “Zirə”nin “Qarabağ”la yaxşı münasibətlərinin olduğu deyilir. Bu barədə nə deyə bilərsən?
- Mən belə düşünmürəm. Ola bilər ki, mətbuat bu barədə yazır, amma belə deyil.
- Avrokubok şansınızı nə qədər görürsən?
- İndidən bu barədə danışmaq istəmirəm. Lakin sona qədər vuruşacağımızı deyə bilərəm.