21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə toplanışa daha bir futbolçu dəvət edib. Belə ki, “Qarabağ”ın müdafiəçisi Elgün Uluxanov da yığmaya qoşulacaq.
Qeyd edək ki, gənclər millimiz martın 20-dən 25-dək Bakıda təlim-məşq toplanışında olacaq.