Tərlan Əhmədov: "Bu, praktiki cəhətdən mümkün deyil"

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ” səfərdə AZAL-la 1:1 hesablı bərabərlik əldə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında AZAL baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar. Ötən oyuna nisbətən topla daha yaxşı oynayırdıq. Son dəqiqə qolu bizə 1 xal qazandırdı. Çox vacib xal idi. Çalışdıq müdafiədə diqqətli olaq. Bilirdik ki, əlimizdə düşən imkanlardan istifadə etməliyik. Belə də oldu.

- Kamil Hüseynovun durumu nə yerdədir?

- Tural və Kamilin hər ikisi zədələnib. Turalın zədəsi daha ciddidir. Hazırda bu barədə nəsə demək çətindir.

- 7-ci pillə ilə xal fərqi çoxdur. Bütün bunları nəzərə alaraq, futbolçuları necə motivasiya edirsiz?

- Oyundan oyuna motivasiya geri düşür. Bu, praktiki cəhətdən mümkün deyil. Sadəcə, futbolçuların özünəinamı var. Ümid sonda ölür. Onlar öz gələcəyini də düşünürlər.

- Hazırda heyətdəki 4 futbolçu “Qəbələ”də çıxış edib. Oyundan öncə sizə nəsə dedilərmi?

- Mən həmişə demişəm ki, keçmiş komandalarda olanları unudun. Bəlkə də ürəylərində bunu fikirləşiblər, amma mən onları başqa cür motivasiya etməyə çalışıram.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right