Həmyerlimiz "fərqləndi", komandası heç-heçə etdi

Hollandiya Jupiler Liqasında 31-ci turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, həmyerlimiz Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" doğma meydanda "Valveyk"lə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

Oyuna start heyətində başlayan Əzizov 77-ci dəqiqədə əvəzlənib. Bundan 3 dəqiqə öncə isə o, sarı vərəqə ilə cəzalandırılıb.

31 oyundan sonra hesabında 38 xal olan "Den Boş" 20 komanda arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right