"Kəpəz" "Sumqayıt"ı, "Neftçi" "İnter"i məğlub etdi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində sonuncu futbol həftəsindəki görüşlər iki günü əhatə edəcək.
 
Turun açılış oyunu Gəncədə baş tutacaq. "Kəpəz”lə "Sumqayıt” ölkə çempionatları tarixində 15-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 14 matçın 4-də meydan sahibləri, 5-də isə qonaqlar qalib gəliblər. Cari mövsümdə baş tutan 3 dueldən 2-si heç-heçə başa çatdığı halda, 1 oyundan sumqayıtlılar  3 xalla ayrılıbar. Gəncəlilər heç vaxt evdə "gənclər şəhəri” təmsilçisinə uduzmayıb.
 
Qonaqlar turnir cədvəlində də rəqibindən öndədir. "Sumqayıt” 25 xalla 5-ci, "Kəpəz” isə 21 xalla 7-ci pillədə qərarlaşıb.
Günün digər matçı "Bakcell Arena”da baş tutacaq. "İnter”lə keçirəcəyi ev oyunu "Neftçi" klubunun 80 illik yubileyi gününə təsadüf edəcəyindən görüş simvolik olaraq saat 19:37-də start götürəcək.
 
Bu kollektivlər indiyə qədər çempionatda 50 dəfə üz-üzə gəliblər. Bu oyunların 23-dən "Neftçi”, 13-dən isə "İnter” qalib ayrılıb. Meydan sahibləri son 5 matçdan 4-də qələbə qazandığı halda, qonaqlar son 3 səfərdən 3 xalla dönə bilməyiblər.
"İnter” 39 xalla 3-cü, "Neftçi” isə 23 xalla 6-cı sıradadır.
 
Azərbaycan Premyer Liqası
XXIII tur
18 mart (şənbə)
 

19:37.Neftçi” – “İnter” - 2:1
Qollar: 
Uqo Barqas, 42, Rəhman Hacıyev, 70 , Nizami Hacıyev, 71 (2:1)  
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bakcell Arena”

16:00.“Kəpəz” – “Sumqayıt” - 1:0 
Qol: 
Dario Federiko, 45
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov
Gəncə şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right