Almaniyanın "Ayntraxt" klubunun 17 yaşlılardan ibarət komandasında çıxış edən Renat Dadaşov əsas millimizdə debüt edə bilər.
Newsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki ona DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya oyun üçün dəvət göndərib.
Renat martın 19-da Bakıya gələcək.
Qeyd edək ki, Dadaşov bir müddət əvvəl Azərbaycan millisində çıxış etməklə bağlı AFFA-ya müraciət edib, assosiasiyadan müsbət cavab almışdı.