"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı

Bosniya və Herseqovina milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Cəbəllütariqə və yoldaşlıq matçı çərçivəsində Albaniyaya qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığmanın çalışdırıcısı Mehmet Bazdareviç 23 futbolçuya dəvət göndərib. Yığmaya çağırılanlar arasında "Qarabağ"ın qolkiperi İbrahim Şehiçin adı var.

Qeyd edək ki, Bosniya və Herseqovina - Cəbəllütariq matçı martın 25-i keçiriləcək. Albaniya ilə yoldaşlıq matçı isə martın 28-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right