Qriqorçuk yenə “Dinamo”nun hədəfində

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Kiyev “Dinamo”sunun baş məşqçi vəzifəsinə namizədlərdən biridir.

Newsport.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Bildirilir ki, Roman Qriqorçukla yanaşı "Verder”in sabiq çalışdırıcısı Viktor Skpripnik və Moskva “Dinamo”sunun baş məşqçisi Yuri Kalitvinstev də namizədlər arasındadır.

Klub prezidenti İqor Surkisin hazırkı başa məşqçi Sergey Rebrovu bu 3 mütəxəssisdən biri ilə əvəz etmək istəyir.

Dinamo" hazırda Ukrayna çempionatında 43 xalla 2-ci pillədə qərarlaşıb. Paytaxt klubu lider "Şaxtyor"dan 16 xal geri qalır.  

Qeyd edək ki, daha əvvəl də Ukrayna mətbuatında Qriqorçukun "Dinamo"nu çalışdıracağı haqda xəbərlər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right