"Göyəzən"in prezidenti: "Əgər oyunumuza pul qoyuluşu təsdiqlənərsə, klubdan gedəcəm"

AFFA prezidenti Rövnəq Abdullayevin I Divizionda baş tutmuş "Göyəzən" - "Şərurspor" (3:3) oyununa Çindən pul qoyuluşu edilməsi barədə açıqlamasını diqqətinizə çatdırmışdıq.

Newsport.az-ın məlumatına görəməsələ ilə bağlı Qazax klubunun prezidenti Mehdi Salmanov klub rəhbəri belə bir məsələdən xəbərsiz olduqlarını bildirib:

"Bizim bu haqda məlumatımız yoxdu. Mən özüm də bu gün AFFA-nın Hesabat Konfransında olmuşam. Rövnəq Abdullayev o barədə bizim yanımızda heç nə deməyib. Mətbut konfransında deyib. Bizim pul qoyuluşundan xəbərimiz yoxdu. Meydana çıxıb oyunumuzu oynamışıq".

Salmanov əgər oyunlarına pul qoyuluşu edildiyi təsdiqlənərsə, klubdan gedəcəyini deyib:

"Bu məsələni mütləq araşdıracağıq. Mən həmişə komandanın içində olmuşam. Belə bir şeyin olduğuna inanmıram. Əgər oyuna pul qoyuluşu təsdiqlənərsə, mən özü komandadan çıxıb gedəcəm".

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right