"Sumqayıt" Abbasovsuz başladı

"Sumqayıt" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"lə keçirəcəyi oyunun hazırlıqlarına start verib.
 
Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bugünkü məşq baş məşqçi Samir Abasovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
 
Ötən tur "İnter"lə qarşılaşmada zədələnmiş Mirabdulla Abbasov məşq prosesində iştirak etməyib. Daha çox taktiki gedişlər üzərində çalışan komanda ikitərəfli oyuna hazırlığı yekunlaşdırıb.
 
Qeyd edək ki, martın 18-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Sumqayıt" oyunu saat 16:00-da başlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right