AFFA Media Komitəsi ilə bağlı qərarını verdi

AFFA yanında Media Komitəsi fəaliyyətini davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu haqda bu gün jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov məlumat verib.

“İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında - Media Komitəsinin fəaliyyəti yüksək qiymətləndirildi. Fikrimiz budur ki, Media Komitəsi fəaliyyətini davam etdirməlidir. Növbəti seçkilər eyni qaydada keçiriləcək” – deyə o qeyd edib.

AFFA prezidenti Rövnəq Abdullayev isə hakimlər üçün təlim-məşq toplanışı keçirildiyini xatırladaraq jurnalistlər üçün ölkə xaricində treninqlər keçirilməsini təklif edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right